“Qalatasaray” futbolçusu üçün 10 milyon avro tələb edir – Rusiya klubundan

“Qalatasaray”ın müdafiəçisi Derrik Köhn “Spartak”a keçə bilər.

Komanda.az “Transfer Web”-ə istinadən xəbər verir ki, Türkiyə klubu almaniyalı futbolçu üçün “Spartak”dan 10 milyon avro tələb edir.

Daha əvvəl mətbuatda Moskva klubunun Köhn üçün “Qalatasaray”a 8 milyon avro təklif etdiyi barədə məlumat yayılıb.

25 yaşlı futbolçu 2023/24 mövsümündə bütün yarışlarda 36 matçda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button