“Fərqli bir komandada olana qədər “Liverpul”un dəyərini anlamırsan”
“Qalatasaray”ın futbolçusu Rayan Babel açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı hücumçu “Liverpul” klubundan ayrılmasına peşman olduğunu deyib:
“Liverpul”da Rafael Benites və Kenni Dalqlişlə birlikdə möhtəşəm 4 il keçirdim. “Hoffenhaym” klubuna getmək karyeramın ən böyük peşmançılığı oldu. “Liverpul”dan ayrılmağımın tək səbəbi milli komandaya dəvət almağım idi. Fərqli bir komandada olana qədər “Liverpul”un dəyərini anlamırsan. Ordakı hər dəqiqəmi sevmişəm”.
Babel 2007-2011-ci illər aralığında “Liverpul”da çıxış edib. 34 yaşlı hücumçu 2019-cu ildən “Qalatasaray”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin