“Qalatasaray”ın hücumçusu Premyer Liqaya qayıtmaq istəyir
“Qalatasaray”ın hücumçusu Vilfrid Zaha tezliklə İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kristal Pelas” 31 yaşlı futbolçunu qaytarmaqda maraqlıdır. Belə ki, İngiltərə klubu onu almaq şərti ilə icarəyə götürə bilər.
Zahanın Türkiyədə qalmaq istəyi yoxdur. O, uzun müddət “Kristal Pelas”da çıxış etdiyi İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.
Zaha Türkiyə çempionatında 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qaldığı “Qalatasaray”da cəmi bir mövsüm keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin