“Qalatasaray”ın futbolçusu millidə koronavirusa yoluxdu
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Ryan Babel koronavirusa yoluxub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlki üç testi neqativ nəticələnən niderlandlı futbolçunun 4-cü test nəticəsi pozitiv olub.
Millinin düşərgəsində olan futbolçu özünü yaxşı hiss etmədiyini bildirdikdən sonra komandadan uzaqlaşdırılıb və daha sonra onda koronavirus aşkarlanıb. Onun millinin Polşa ilə oyununda forma geyinməyəcəyi dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin