“Qalatasaray”dan Braziliya klubuna – 1 milyon avroluq transfer

“Qalatasaray”ın futbolçusu Mariano karyerasını Braziliyada davam etdirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Palmeyras”a keçməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Palmeyras”la “Qalatasaray”ın artıq razılaşdığı və “cim-bom”un bu transferdən 1 milyon avro qazanacağı bildirilir.

“Qalatasaray”la bu ilin yayına qədər müqaviləsi olan Mariano, bu mövsüm Super Liqada 15 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button