“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bərpa etdi
“Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan karyerasını bərpa edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı futbolçu həvəskarlar liqasında mübarizə aparan “Vefaspor”la anlaşıb. O, yeni komandasında məşqçi kimi də fəaliyyət göstərəcək.
Türkiyə millisinin sabiq futbolçusu 2013-cü ildə “Eskişehirspor”da karyerasını bitirmişdi. Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Karan, son olaraq Şimali Makedoniyanın “Şkupi” klubunu çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin