“Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı
Belçikanın “Brügge” klubunda Mbaye Dianye ilə bağlı qalmaqal hələ də səngiməyib.
Komanda.az xəbər verir ki, seneqallı futbolçu ölkə çempionatının 16-cı turu çərçivəsində “Ostende” ilə oyun üçün açıqlanan heyətə daxil edilməyib.
Bu
barədə komandanın baş məşqçisi Filip Klement məlumat verib.
O, bunu belə əsaslandırıb: “Mbaye “Şarlerua” ilə yoxlama
oyununda meydanda oldu. Artıq məşqlərə də qatılır. Amma
“Ostende” ilə oyunda forma geyinməyəcək. Çünki PSJ ilə
oyunda yaşananlar utandırıcı idi. İndi özünü isbatlamaq üçün
məşqlərdə çox yaxşı çalışmalıdı. Məni fikrimdən döndərə
bilsə, heyətə qaytarılacaq. Hələlik isə ona heyətdə yer
yoxdu”.
Bu, Mbaye tərəfindən yenə sərt qarşılanıb.
O, məsələ bağlı “İnstaqram” hesabında bunları yazıb:
“Ehtiyac olduğu halda belə məndən istifadə etmirlər. Bunu
qəbul etmirəm. Danışmaq üçün doğru zamanın gələcəyinə
əminəm. Səssizlik ən yaxşı intiqamdı”.
Xatırladaq
ki, Dianye ilə bağlı qalmaqal UEFA Çempionlar Liqasının qrup
mərhələsi çərçivəsində PSJ ilə səfər oyunundan başlayıb.
“Brügge”nin 0:1 hesabıyla uduzduğu həmin qarşılaşmanın
76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma bu
vaxt Dianye komandanın kapitanı və əsas penalti vuran futbolçusu
Hans Vanakenin 11 metrlik zərbəni yerinə yetirməsinə imkan
verməyib. Üstəlik, seneqallı futbolçunun penaltisini rəqib
qolkiper Keylor Navas dəf edib. Meydandakı bu anlaşılmazlıq
matçdan sonra paltardəyişmə otağında davaya çevrilib.
Müqavilə ilə Türkiyənin “Qalatasaray” klubuna məxsus olan Dianye, “Brügge”də icarə əsasında çıxış edir. Seneqallı futbolçu İstanbul klubunda da oxşar davranışları ilə gündəmə gəlmişdi. O, bu komandada çıxdığı 9 oyunda 4 qola imza atıb.
Bizi Facebook-da izləyin