Arda Turan utanır
“Qalatasaray”ın futbolçusu Arda Turan Super Liqada “Kasımpaşa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Arda, 1:3 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:
“Komandanın çempionatdakı durumuna görə utanıram. Həqiqətən, çox çətin vəziyyətdəyik. İşimiz çox çətindir. Bu vəziyyətdən çıxmalıyıq. Liqanı, çempionluğu itirdik. Avrokubok oyununa qədər özümüzə gəlməliyik. Bu vəziyyət bizə yaraşmır. Utanmalıyıq, utanıram.
Zədələr mənə çox təsir etdi. Beş ay heç nə edə bilmədik. Karyeramın ən pis anlarını yaşayıram. Bu vəziyyətə görə qaçmayacağıq. Komanda yoldaşlarıma səslənirəm, “Qalatasaray” forması çox dəyərlidir. Bu dəyəri qorumalıyıq. Bu vəziyyətə görə utanmalı, daha çox çalışmalıyıq”.
“Qalatasaray” Super Liqada 13-cü sıradadır.
Bizi Facebook-da izləyin