Arda Turan: “Ayağa qalxmalıyıq”

“Qalatasaray”ın futbolçusu Arda Turan Super Liqada “Fənərbaxça”ya uduzduqları oyunla (1:2) bağlı “instagram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, Arda, “sarı-qırmızılar”ın azarkeşlərinə səslənib:

“Çox kefsiz bir gün keçiririk. Oyunda hər şey komandamızın adına yaraşan şəkildə idi. Azarkeşlərimiz, stadionumuz, yaxşı oyunumuz… Bir derbi üçün çoxlu qol imkanları yaratdıq. Komanda olaraq hər şeyi etdik, bunu azarkeşlərimiz də gördü. Buna görə oyundan sonra futbolçuları tribunaya çağırdılar.

Yolumuz və ümidimiz var. Düzdür, hamımız məyusuq, çətin gecə keçirmişik. Ayağa qalxmalıyıq. Qarşıda bizi çətin oyun gözləyir. Tarix yazmaq üçün bir-birimizə çox ehtiyacımız var. Yenidən bir araya gəlib, birlikdə necə ayağa qalxmaq olur, bunu hər kəsə göstərək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button