
“Qalatasaray”ın futbolçusu 1 aylıq sıradan çıxıb
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi millinin heyətində olarkən zədələnib. Onun ayaq biləyində burxulma olub. Klub futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.
Hakim Ziyeş bu mövsüm “Qalatasaray”da 14 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin