“Qalatasaray”ın futbolçusu əməliyyat edildi
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Serjiu Oliveyra əməliyyat edilib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi döş qəfəsinin sağ əzələsinin qopması səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Portuqaliyalı oyunçunun səhhətinin yaxşı olduğu bildirilib.
Oliveyra 2022-ci ildən “Qalatasaray”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin