“Qalatasaray”ın forvardı heyətdən kənarlaşdırıldı
“Qalatasaray”ın hücumçusu Mbaye Diaqne İstanbul təmsilçisinin heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, buna 29 yaşlı futbolçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxması səbəb olub.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub tədbir məqsədi ilə futbolçunu digər heyət üzvlərindən kənarda saxlamağa qərar verib. Bu üzdən də Mbaye Türkiyə Super Liqasının 15-ci turunda “Trabzonspor”la matçı buraxmalı olacaq.
Qeyd edək ki, “Trabzonspor” – “Qalatasaray” oyunu dekabrın 26-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin