
“Qalatasaray”ın finaldakı rəqibi “Trabzonspor” olacaq
Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu finalçı “Trabzonspor” – “Göztəpə” matçında müəyyənləşib.
Rəqibini 2 cavabsız qolla yenən Trabzon təmsilçisi finala yüksəlib.
Beləliklə, mayın 14-də keçiriləcək final oyununda “Qalatasaray” və “Trabzonspor” komandaları qarşılaaşcaqlar.
Türkiyə kuboku
Yarımfinal
22 aprel
Konyaspor – Qalatasaray 1:5
Qollar: Pedrinyo, 53 – Osimhen, 26. L.Torreyra, 42. Sallai, 47; 55. Y.Demir, 90+1.
24 aprel
Trabzonspor – Göztəpə 2:0
Qollar: O.Tufan, 78. Zubkov, 89.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



