“Qalatasaray”ın baş məşqçisinə 2 oyunluq vaxt verildi
Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi baş məşqçi Domenek Torrenə iki oyunluq vaxt verib.
Komanda.az xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb. “Sarı-qırmızılar” qarşıdakı oyunlarda qələbə qazana bilməsə, 60 yaşlı mütəxəssis istefaya göndəriləcək.
“Qalatasaray” fevralın 21-də “Göztəpə”nin qonağı olacaq, fevralın 27-də isə “Rizəspor”u qəbul edəcək.
Torren Fatih Terimin istefasından sonra, yanvarın 11-də baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 5 oyundan ikisində məğlub olub, üçündə heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin