“Uçurumun kənarında gəzmək asan deyil” – Terim
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 40-cı turunda “Beşiktaş”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Terim, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“İlk hissədə rəqibin təhlükəli hücumları oldu. Lakin ikinci hissədə onlara şans verdiyimizi xatırlamıram. Yaxşı imkanlarımız var idi. Oyunun planını düzgün qurmuşduq. Gözəl qollar vurub, üç xalı qazandıq. Uçurumun kənarında gəzmək asan deyil. Bütün futbolçularımı təbrik edirəm, nə tapşırıq verdiksə, yerinə yetirdilər.
Türkiyə çempionatında nəyin necə olacağını bilmək olmaz. Hər kəs hər şeyi edə bilər. Hər komanda məğlub ola bilər. Sonuna qədər mübarizə aparacağıq. Hər kəs əvvəlcə öz oyununa baxacaq, sonra harda olduğuna”.
“Qalatasaray” Super Liqada 78 xalla 3-cü sıradadır. Lider “Beşiktaş”ın 81 xalı, 2-ci “Fənərbaxça”nın isə 79 xalı var. Suepr Liqada sona iki tur qalıb.
Bizi Facebook-da izləyin