“Bütün əziyyətimizin boşa getdiyi bir oyun oldu” – Terim
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Alanyaspor”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, klubun saytına açıqlama verən Terim, 1:2 hesabıyla məğlub olduqları görüş haqda bunları deyib:
“Açığı, hər həftə səhvlərimiz üzərində çalışırıq. Bir məsələni həll edirik, gözləmədiyimiz bir şey daha çıxır. Bu dəfə də 10 nəfərlə oynamağa çalışdıq. Lazımsız bir cərimə və ikinci hissəni azlıqda oynamaq məcburiyyətində qaldıq. Yaxşı hücumlar da edirdik, ancaq son saniyədə gözləmədiyimiz bir qol oldu. Ən pis ehtimal bərabərlik idi. Bütün əziyyətimizin boşa getdiyi bir oyun oldu. Futbolçumuz peşəkarlıqdan kənar bir hərəkət etdi. Bir nəfər azlıqda oynamaq asan deyil. Buna baxmayaraq, çox çalışdıq, amma olmadı”.
Bizi Facebook-da izləyin