Terim əsəbiləşdi: “Başqalarının meydanın kənarında etdiklərini etsəm…”
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 28-ci turunda “Qaziantep”lə qarşılaşdıqları oyundan (3:3) sonra fikirlərini bildirib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 90+15-ci dəqiqəsində penaltidən qol buraxan “sarı-qırmızılar”ın çalışdırıcısı oyunun hakimini tənqid edib:
“Futbolçularım çalışır, biz çalışırıq, hər kəs nəsə edir, ancaq təəssüflər olsun ki, yaxşı şeylərlə qarşılaşmırıq. Futbolun bir bərabərliyi var, bunu qoruya bilməsəz, tutduğunuz ipin ucu əlinizdən çıxacaq. İki həftədir elə şeylər yaşayırıq ki… Qapıçımız topu əlində saxladığı üçün hakim fitini çaldı. Bu 6 saniyə qaydasından sonuncu dəfə nə vaxt istifadə olunub?
İndiki vəziyyətdə ən çox qışqıran haqlı olur. “Qalatasaray” da məğlub olar, məğlub olanda da təbrik edər. Çempionluqlar gələr də, gedər də, bunlar önəmli deyil. İki həftədir bizə nə lazımdırsa, edirlər. Mən başqalarının meydanın kənarında etdiklərini etsəm, 100 oyunluq cəza alaram. O fürsəti onlara vermək istəmirəm”.
“Qaziantep”lə matçın uzatmalarında görüşün baş hakimi Alper Ulusoy qapıçı Okan Koçukun 6 saniyədən çox topu əlində saxladığını bildirərək, “cim-bom”un əleyhinə sərbəst zərbə təyin edib. Bu epizoddan sonra “Qaziantep” penatli qazanıb və hesabı 3:3 edib.
Bizi Facebook-da izləyin