Terimdən 1:5-ə şərh
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində PSV-yə (Niderland) qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Terim, 1:5 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:
“Rəqibi təbrik edirəm. Bizdən daha yaxşı oynadılar. Avropada fərqli futbol oynayan komanda ilə qarşılaşdıq. Rahat qələbə qazandılar. Azarkeşlərimiz nə üçün onlardan 3 il vaxt istədiyimizi indi başa düşərlər. Komandamızın daha yüksək səviyyədə oynaması üçün lazım olanları edəcəyik. Məyusuq. Lazım olanları zamanla daha yaxşı edəcəyik.
Əlimizdə bəzi mövqelərə uyğun olan futbolçular yoxdur. Məcburiyyətdən fərqli oyunçularla meydana çıxdıq. Radamel Falkao və Mustafa Məhəmməd tam hazır deyil. Buna görə onlara az vaxt verdik. Məğlubiyyətdən sonra hər kəsin fikri başqa ola bilər, ancaq bizim oyun planımız belə idi. İlk dəqiqə qol buraxırsansa, nə edirsən et futbolçularda narahatlıq olacaq. Bəzi imkanlarımız olsa da, dəyərləndirə bilmədik”.
Bizi Facebook-da izləyin