“Qalatasaray”ın Avroliqa oyunu təxirə salına bilər

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” – “Alkmaar” matçı təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

İstanbuldakı sərt və qarlı hava şəraiti səbəbindən görüşün təxirə salınması ehtimalı var.

Klub oyunun keçirilməsi üçün “Rams Park” stadionunda işləri davam etdririr. Yeni quraşdırılan hibrid ot örtüyünü qorumaq istəyən “Qalatasaray” “Alkmaar”la cavab oyunundan əvvəlki məşqini “Florya Metin Oktay Tesisleri”ndə edib.

Meydanı hazır vəziyyətə gətirmək üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin Altay qar fırtınası oyunun gerçəkləşməsinə mane ola bilər.

Bildirilir ki, oyun təxirə salınsa, sabah keçiriləcək. Sabah da görüş üçün əlverişli şərait olmasa, matç növbəti həftə təşkil ediləcək.

“Qalatasaray” – “Alkmaar” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlamalıdır. Komandalar arasında ilk matçda Niderland klubu 4:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button