
“Qalatasaray”ı bu kluba dəyişdi
“Qalatasaray”dan ayrılan qapıçı Okan Koçukun yeni komandası müəyyənləşib.
Komanda.az xəbər verir ki, 27 yaşlı qolkiper Super Liqaya yeni vəsiqə qazanan “Samsunspor”la müqavilə bağlayıb. Tərəflər 3 illik sözləşməyə imza atıblar.
Okan 2019-cu ilin yayından formasını geyindiyi “Qalatasaray”da cəmi 29 oyuna çıxıb. O, “İstanbulspor”, “Girəsunspor”, “Bursaspor” və “Bandırmaspor” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin