“Qalatasaray”dan Super Liqanın yeni iştirakçısına
Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan “Qazişəhər Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub geridə qalan mövsümü “Qalatasaray”da keçirmiş Muğdat Çeliki transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
“Gənclərbirliyi”nin yetirməsi olan Muğdat Çelik “Qalatasaray”dan öncə “Akhisarspor”, “Balıkəsirspor” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin