
“Qalatasaray”ın səs-küylü transfer planı
“Qalatasaray” yay transfer dönəmində səs-küylü bir keçid reallaşdıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “cim-bom” hazırda “Liverpul”un qapıçısı Alisson Bekkerin transferi üzərində işləyir.
Braziliyalı qolkiper maaş tələblərini aşağı salıb və bu, mümkün transferi daha da real edir. “Liverpul” yayda Alissonu buraxa bilər, çünki komandaya daha gənc qapıçı – Giorgi Mamardaşvili qoşulacaq. Gürcüstanlı qolkiper ötən yay “Valensiya”dan transfer olunsa da, mövsümün sonuna kimi icarə əsasında İspaniya klubunda qalıb.
“Qalatasaray” uzun illər komandaya xidmət etmiş Fernando Musleranın gedişindən sonra onun yerini doldura biləcək güclü bir qapıçı axtarışındadır. Alisson isə türklər üçün əsas namizədlərdən biridir.
Bizi Facebook-da izləyin