
“Qalatasaray”dan Osimhenin zədəsi ilə bağlı açıqlama
“Qalatasaray” zədəli futbolçusu Viktor Osimhenin durumu ilə bağlı məlumat yayıb.
Komanda.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun ayaq biləyinin bağlarında orta səviyyədə gərilmə və qanaxma aşkarlanıb.
Klub forvardın tezliklə yaşıl meydanlara qayıtması üçün müalicələrə başlanıldığını bildirib.
Osimhen Nigeriya yığmasının heyətində zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



