“Qalatasaray”dan növbəti transfer – RƏSMİ
“Qalatasaray” növbəti transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi son olaraq “Kasımpaşa”da oynayan qapıçı Fatih Öztürkü heyətinə cəlb edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Təcrübəli qolkiper yeni klubunda ilinə 4 milyon TL qazanacaq.
Qeyd edək ki, Öztürk 2019/20 mövsümündə bütövlükdə 22 matçda meydana çıxıb. Onun “Kasımpaşa” ilə müqaviləsi növbəti mövsümün sonuna qədər idi. Amma tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.
“Qalatasaray” Yunanıstanın “Olimpiakos” klubundan ayrılan norveçli sağ cinah müdafiəçisi Omar Elabdellauini də transfer etməyə hazırlaşdığını açıqlayıb. Artıq klub futbolçu ilə danışıqlara başlanıldığını rəsmən bəyan edib.
28 yaşlı futbolçu 2014-cü ildən Yunanıstan təmsilçisinin uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə 47 rəsmi oyuna çıxıb, 1 qola imza atıb.
17 yaşında “Mançester Siti” tərəfindən alınan futbolçu İngiltərə klubunda forma geyinməsə də, həmin dönəmdə “Stromsqodset”, “Feyenoord” və “Ayntraxt”da (Braunşveyq) icarədə oynayıb. 2013-cü ildən Norveç yığmasına dəvət alan futbolçu bu komandada 44 rəsmi oyuna çıxıb.
Bizi Facebook-da izləyin