“Qalatasaray”dan “Liverpul”un futbolçusuna cəlbedici təklif

“Qalatasaray” “Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantaraya karyerasını Türkiyədə davam etdirməyi təklif edib.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, Türkiyə klubunun rəhbərliyi 32 yaşlı yarımmüdafiəçiyə çox cəlbedici təklif edib və müqavilənin şərtlərini müəyyən etmək üçün “Liverpul”la ilkin danışıqlar aparıb.

Alkantaranın “qırmızılar”la hazırkı müqaviləsi gələn ilin yayına qədərdir. Məlumatda qeyd olunur ki, ispaniyalı futbolçu artıq Səudiyyə Ərəbistanının bir klubundan gələn təklifi rədd edib.

Alkantara 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında “Liverpul”un heyətində 18 matçda iştirak etsə də, qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button