“Qalatasaray”ı İtaliya klubuna dəyişəcək
“Qalatasaray”da icarə əsasında çıxış edən “Leyptsiq”in müdafiəçisi Anxelinyo karyerasına “Roma”da davam edəcək.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, yanvarın 29-da futbolçu tibbi müayinədən keçmək üçün İtaliyaya yollanacaq. “Canavarlar” 27 yaşlı ispaniyalını 6 milyon avroya almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürəcək.
Eyni zamanda, “Leyptsiq” də müdafiəçini geri transfer etmək imkanına sahib olacaq. Onun “Qalatasaray”la müqaviləsi mövsüm sonuna, “Leyptsiq”lə müqaviləsi isə 2025-ci il iyunun 30-na qədərdir.
Anxelinyo “Nyu-York Siti”, “Jirona”, “Malyorka”, “Breda”, PSV, “Mançester Siti”, “Hoffenhaym” komandalarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin