“Qalatasaray”dan İtaliya klubuna

“Qalatasaray” futbolçusu Viktor Nelssonu İtaliyanın “Verona” klubuna icarəyə göndərib.

Komanda.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi 2025/2026 mövsümünün sonuna qədər A Seriyası kollektivinin formasını geyinəcək. Lakin sözləşmədə yer alan bəndə əsasən İtaliya klubu danimarkalı oyunçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

Nelsson ötən mövsümünün ikinci yarısını icarə əsasında İtaliyanın digər klubu “Roma”da keçirib və orada 5 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button