“Qalatasaray”dan bir gündə 3 transfer
Türkiyənin “Qalatasaray” klubu heyətini 3 yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə nəhəngi rumıniyalı yarımmüdafiəçi Aleksandr Çikaldau, fransalı sağ cinah müdafiəçisi Saşa Boy və niderlandlı sol cinah müdafiəçisi Patrik Van Anholtu heyətinə qatıb. Bu transferlərlə bağlı hər üç futbolçunun klubu ilə rəsmi danışıqlara start verildiyi diqqətə çatdırılıb. Yaxın günlərdə onların İstanbula gəlib tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Rumıniya yığmasıın da üzvü olan Çikaldau, ölkəsinin “Universitatya Krayova” klubuna məxsusdur. 24 yaşlı futbolçu daha öncə “Vitorul Konstanta” komandasında da forma geyinib. O, millidə keçirdiyi 14 oyunda 2 qola imza atıb.
Saşa Boy Fransanın “Renn” klubuna məxsusdur. Bu klubun öz yetirməsi olan 20 yaşlı müdafiəçi, 2019-cu ildən əsas komandada forma geyinirdi.
Van Anholt isə 2017-ci ildən İngiltərənin “Kristal Pelas” klubunda çıxış edir. O, əvvəllər “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də forma geyinib. 30 yaşlı futbolçu Niderland yığmasında 19 oyun keçirib.
Bizi Facebook-da izləyin