“Qalatasaray”dan ayrıldı, Super Liqa klubu ilə anlaşdı
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Eren Derdiyokun yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, o, yeni mövsümdən “Göztəpə”nin şərəfini qoruyacaq.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Derdiyok İzmir klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Derdiyok “Bazel”in yetirməsidi. O, peşəkar karyerasına da bu klubda başlayıb. 31 yaşlı forvard daha sonra Almaniyanın “Bayer”, “Hoffenhaym” klublarında çıxış edib. 2014-cü ildə Türkiyəyə dəvət olunan forvard iki mövsüm “Kasımpaşa”da çıxış etdikdən sonra 2016-cı ildən “Qalatasaray”ın uğurları üçün çalışırdı.
İsveçrədə anadan olan türk əsilli futbolçu məhz bu ölkənin yığmasını seçib. O, İsveçrə millisində 60 oyuna çıxıb, 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin