“Qalatasaray”dan ayrıldı, “Başakşəhər”lə müqavilə imzaladı
Türkiyənin “Qalatasaray” klubu müdafiəçisi Şener Özbayraklı ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, klubla müqavilə müddətinin başa çatdığını və İstanbul təmsilçisi ilə vidalaşdığını bildirib.
Qeyd edək ki, Şener Özbayraklı 2019-cu ildən “Qalatasaray”ın formasını geyinirdi. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində 20 Super Liqa, 5 Türkiyə kuboku, 2 Çempionlar Liqası matçında forma geyinib.
Artıq Özbayraklının yeni klubu da məlumdur. Təcrübəli oyunçu İstanbulun digər təmsilçisi “Başakşəhər”ə keçib. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Müdafiəçi yeni komandasında “19” nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin