“Qalatasaray”dan ayrılan futbolçu Norveç klubunda
Bir müddət öncə Türkiyənin “Qalatasaray” klubu ilə yollarını ayıran norveçli futbolçu Omar Elabdellauinin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi bundan sonra Norveçin “Bodo Qlimt” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Elabdellaui 2020-ci ilin avqustunda “Qalatasaray”a transfer edilmiş və bu komandada 20 oyuna 1 məhsuldar ötürmə müəllifi olmuşdu. Lakin 2020-ci ildən 2021-ci ilə keçən gecə yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarət almış, bir gözünün görmə qabiliyyətini itirmişdi. “Qalatasaray” onu sağalana qədər heyətində saxlasa da, bu ilin sentyabrında yollarını ayırmağa qərar vermişdi.
Bizi Facebook-da izləyin