“Qalatasaray”dan Arda Turanla yeni müqavilə
Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Arda Turan ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu bir illik yeni müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yaya qədər idi.
Arda 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Bu klubun yetirməsi olan yarımmüdafiəçi, 2005-2011-ci illər aralığında məhz “sarı-qırmızılar”ın uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin