
“Qalatasaray”dan 20 milyon avroluq transfer – Rəsmi
“Qalatasaray” növbəti transferini rəsmiləşdirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Norviç Siti”dən Qabriel Saranı rənglərinə bağlayıb.
Sara “Qalatasaray” tarixinin ən bahalı transferi olub. “Sarı-qırmızılar” braziliyalı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 18 milyon və 2 milyon avro bonus ödəyəcək.
25 yaşlı futbolçu Super Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Onun illik maaşı 2 750 000 avro təşkil edəcək. “Sambaçı” yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin