
“Qalatasaray”da yeni müqavilə
“Qalatasaray” yarımmüdafiəçisi Barış Alper Yılmazla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun yeni sözləşməsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Barış 2021-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışır. Türkiyəli vinger əsas komandada 48 oyuna 3 qol vurub. O, Türkiyə millisində də 3 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin