“Qalatasaray”da yeni futbolçu
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”dan Abdülkerim Bardakcını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
“Qalatasaray” bu transfer üçün “Konyaspor”a 2.8 milyon avro ödəyəcək.
Geridə qalan mövsümdə Konya təmsilçisinin heyətində Super Liqada 33 matça çıxan mərkəz müdafiəçisi, bu görüşlərdə 5 qol da vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin