
“Qalatasaray”da prezident seçkiləri ləğv olundu
Türkiyənin “Qalatasaray” klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi ümumi yığıncaqla bağlı qərarını açıqlayıb. Məhkəmə “sarı-qırmızılar”da seçkinin sabah baş tutmayacağını bildirib.
İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin