“Qalatasaray”da olmaqdan xoşbəxtəm” – İkardi

“Qalatasaray”ın yeni hücumçusu Mauro İkardi İstanbul klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az “sarı-qırmızılar”ın rəsmi saytına istinadən xəbər verir ki, İkardi sözlərinə azarkeşlərə təşəkkür edərək başlayıb:

“Bu gözəl qarşılamaya görə azarkeşlərə təşəkkür edirəm. Mən və ailəm çox təsirləndik. Bu, inanılmaz bir qarşılanma idi. Bu yay mənə çoxlu təkliflər gəldi, uzun danışıqlar oldu və nəticədə “Qalatasaray”a gəldim. Burada olmaqdan xoşbəxtəm. PSJ-də oynayarkən bu stadionda qol vurmuşam. İndi “Qalatasaray”ın rənglərini qoruyacam və ümid edirəm ki, burada qol vurub, komanda ilə qol vurmaq sevincini bölüşəcəm. Ümid edirəm ki, komandanı yüksək səviyyəyə qaytara biləcəyik. “Qalatasaray” hər zaman qarşısına yüksək hədəflər qoyan komandadır. Mən bunun bir parçası olmaq istəyirəm”.

29 yaşlı argentinalı PSJ-dən icarə əsasında “Qalatasaray”a keçib. İkardi 2019-cu ildən bəri PSJ-nin heyətində 92 matçda 38 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button