“Qalatasaray”da Kaya gəldi, Kara getdi

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi sabiq müdafiəçisi Semih Kayanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Yeni Malatyaspor” klubunda çıxış edən futbolçu sabiq klubu ilə mövsümün sonunadək anlaşıb.

Bir neçə gün öncə qarşılıqlı razılıq əsasında Malatya təmsilçisi ilə müqaviləsinə xitam verən müdafiəçi, “Qalatasaray”a azad agent kimi keçib. Kaya ilyarım idi “Yeni Malatyaspor”un uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu müddət ərzində 56 oyuna çıxıb.

Semih Kaya “Qalatasaray”ın öz yetirməsidir. O, İstanbul təmsilçisində olarkən “Qaziantepspor” və “Kartalspor” klublarında icarədə oynayıb. 2017-ci ildə müdafiəçi Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a dönən futbolçu, ötən mövsümün əvvəlində Çexiya klubundan birdəfəlik ayrılıb və “Yeni Malatyaspor”a keçib. Bir sözlə, Türkiyə millisinin üzvü üçüncü dəfə “Qalatasaray”a qayıdıb.

“Qalatasaray” Semihin transferindən sonra yarımmüdafiəçisi Aytaç Karanı “Göztəpə”yə icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonunadək İzmir təmsilçisinin uğurları üçün çalışacaq. O, bu mövsüm İstanbul klubunun heyətində 12 matça çıxıb.

Peşəkar karyerasına “Altay”da başlamış Aytaç Kara, daha sonra “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor”, “Bursaspor” və “Kasımpaşa”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button