“Qalatasaray”da ilk ayrılıq – RƏSMİ
Türkiyə çempionu “Qalatasaray”dan ayrılan ilk futbolçu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İstanbul klubu ilə müqaviləsinin müddəti başa çatan Ərən Dərdiyok komanda ilə vidalaşıb.
Bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat yayıb. Vida mesajı paylaşan türk əsilli isveçrəli forvard azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, 2016-cı ilin yayından “Qalatasaray”da çıxış edən 30 yaşlı futbolçu 84 oyunda 26 qol vurub. O, qış fasiləsində Fatih Terimin qərarı ilə əvəzedici komandaya göndərilmişdi və həmin dövrdən bəri U-21-lə məşq edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin