
“Qalatasaray”dan 2 yeni transfer – FOTO
“Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az verir ki, İstanbul təmsilçisi azad agent olan hücumçu Dris Mertens və “Arsenal”dan Lukas Torreyranı heyətinə qatıb. Hər iki futbolçu “sarı-qırmızılar”a keçidini tamamlamaq üçün İstanbula gəlib.
“Cim-bom” Mertenslə 1+1, Torreyra ilə isə 3+1 illik müqavilə imzalayacaq.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin