“Qalatasaray”da gözlənilməz ayrılıq

Türkiyənin “Qalatasaray” klubunda gözlənilməz ayrılıq qeydə alınıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas komandasında baş məşqçi Fatih Terimin köməkçilərindən olan Hasan Şaş istefa verib.

43 yaşlı məşqçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Öz istəyi ilə postundan getdiyini diqqətə çatdıran Hasan Şaş, “Qalatasaray” azarkeşlərinə dəstəklərinə görə təşəkkürünü bildirib:

“Bu gündən etibarən çox sevdiyim “Qalatasaray”dan öz istəyimlə ayrılmışam. Bu günə qədər mənə dəstək olan bütün azarkeşlərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, futbolçu kimi karyerasının böyük hissəsini “Qalatasaray”da keçirmiş Hasan Şaş 2018-ci ildən Terimin köməkçisi kimi çalışırdı. O, 2011-2013-cü illər aralığında da bu komandada köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button