“Qalatasaray”da Falkao şoku
“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “sarı-qırımızılar”ın futbolçusu Radamel Falkao sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSJ ilə matçında (0:1) əzələsində ağrılar hiss edən hücumçunun müayinəsinə başlanılıb.
Falkao “Qalatasaray”ın Türkiyə Super Liqasının 7-ci turunda “Gənclərbirliyi” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib. Kolumbiyalı oyunçu ilə yanaşı, Mario Lemina və Kristian Luyindama da “Gənclərbirliyi” matçında iştirak etməyəcək.
“Gənclərbirliyi” – “Qalatasaray” matçı sabah, saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin