“Qalatasaray”da daha bir yeni müqavilə

“Qalatasaray” yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.

Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.

“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button