“Qalatasaray”da ayrılıq – RƏSMİ
Türkiyənin “Qalatasaray” klubunun rumıniyalı hücumçusu Florin Andone İstanbul təmsilçisindən ayrılıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı forvard bu barədə qərarını “İnstagram” hesabında bəyan edib.
İstanbul təmsilçisi ilə vidalaşan Andone, “sarı-qırmızılılar”a istədiyi xeyiri verə bilməməsindən təəssüfləndiyini vurğulayıb. O, kluba və azarkeşlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən həftə Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində baş tutan “Rizəspor”la səfər oyununda (0:2) dizindən zədə alan Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. “Qalatasaray”ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, yayda İngiltərənin “Brayton” klubundan 1 illik icarə əsasında Türkiyə nəhənginə keçmişdi.
Bizi Facebook-da izləyin