“Qalatasaray”ın futbolçusuna Səudiyyə Ərəbistanından təklif gəlib
“Qalatasaray”ın yarımmüdafiəçisi Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, belçikalı futbolçuya “Əl-İttihad”dan təklif gəlib.
36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəblərə konkret cavab verməyib.
Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin