“Fənərbaxça” 3 xalı 5 qolla qazandı
Türkiyə Super Liqasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, ilk turun oyunları 4 günü əhatə edəcək. Açılış oyununda son çempion “Qalatasaray” debütant “Dənizlispor”un qonağı olub. Qarşılaşma “Dənizlispor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Beşiktaş” bu turda “Sivasspor” səfərinə yollanıb. “Qara qartallar” qarşılaşmada 0:3 hesabıyla məğlub olub.
“Başakşəhər” də ilk turda darmadağınla üzləşib. İstanbul təmsilçisi “Yeni Malatyaspor”a uduzub.
Son mövsümdə uğursuz çıxış edən “Fənərbaxça” isə “Qazişəhər”i sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda 5 cavabsız qolla qalib gəlib.
Türkiyə Super Liqası, 1-ci tur
16 avqust
Dənizlispor – Qalatasaray 2:0
Qol: Niyaz, 75. Rodalleqa, 90+4.
17 avqust
Gənclərbirliyi – Rizəspor 0:1
Qol: Melnyak, 66.
Kayserispor – Alanyaspor 0:1
Qol: Sisse, 86.
Sivasspor – Beşiktaş 3:0
Qol: Yandas, 30. Yatabare, 54. Kılıç, 76.
18 avqust
Göztəpə – Antalyaspor 0:1
Qol: Angelo, 29.
Konyaspor – Ankaragücü 0:0
Kasımpaşa – Trabzonspor 1:1
Qol: A.Kara, 40 – Sorlot, 34.
Yeni Malatyaspor – Başakşəhər 3:0
Qol: Gilyerme, 68. Yahoviç, 88. Fofana, 90+1.
19 avqust
Fənərbaxça – Qazişəhər 5:0
Qol: Mozes, 6-pen. Muriqi, 17. Əmrə, 24-pen. Dirar, 74. Kadioğlu, 88.
Bizi Facebook-da izləyin