“Qalatasaray” yenə koronavirus testindən keçdi
Türkiyənin “Qalatasaray” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan koronavirus analizləri götürüldüyü diqqətə çatdırılıb. Bütün testlərin nəticəsinin neqativ çıxdığı bildirilir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış Türkiyə Super Liqası bu gündən etibarən qaldığı yerdən davam etdiriləcək. “Qalatasaray” fasilədən sonrakı ilk matçında iyunun 14-də “Rizəspor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin