“Qalatasaray” və “Fənərbaxça”nın sabiq üzvü Super Liqada qaldı
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bu yay “Başakşəhər”dən ayrılan və azad agent statusu daşıyan Tolqa Ciğercini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Almaniyada dünyaya göz açmış Tolqa Ciğerci 2021-ci ilin fevralından “Başakşəhər”də forma geyinirdi. O, daha öncə Super Liqada “Qalatasaray” və “Fənərbaxça”nın da formasını geyinib. “Volfsburq”un yetirməsi olan dayaq yarımmüdafiəçisi, Almaniyada “Borussiya” (Münhenqladbax) və “Herta”da da oynayıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra Türkiyənin əsas millisini seçən Tolqa, “ay-ulduzlular”ın heyətində cəmi 3 matça çıxıb.
Bizi Facebook-da izləyin