“Tottenhem”in yarımmüdafiəçisi “Qalatasaray”da – Rəsmi
“Qalatasaray” “Tottenhem”in yarımmüdafiəçisi Tanquy Ndombeleni heyətinə qatıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Türkiyə nəhənginə icarə əsasında keçib. Buna baxmayaraq, klublar arasındakı razılaşmada Türkiyə tərəfinin futbolçunu mövsümün sonunda birdəfəlik transfer edə biləcəyi qeyd olunub. Bunu 15 milyon avroya etmək mümkün olacaq.
Ndombele bu mövsüm meydana çıxmayıb. Amma ümumilikdə, futbolçu İngiltərə klubunda 91 oyun keçirib. Bu müddət ərzində o, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin