“Qalatasaray” Ukrayna millisinin iki üzvü ilə maraqlanır

Ukrayna millisinin üzvləri Andrey Lunin və Aleksander Zinçenko eyni klubda oynaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qapıçı və müdafiəçi karyerasını Türkiyə çempionatında davam etdirə bilər. “Qalatasaray” hər iki futbolçu ilə maraqlanır.

Lunin hazırda “Real”ın, Zinçenko isə “Arsenal”ın oyunçusudur. Qolkiperin dəyəri 20 milyon, müdafiəçinin isə 22 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button